İtkin düşən turisti tapana 25 min manat veriləcək

İtkin düşən turisti tapana 25 min manat veriləcək

Zaqatala rayonunda itkin düşən turistin tapılması üçün veriləcək məbləğ artırılıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, rayonda itkin düşən Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin ailəsi onu sağ tapan şəxsə 25 min manat pul mükafatı vəd edib.

Qeyd edək ki, ailə əvvəlcə turistin tapılması üçün 10 min manat pul mukafatı vəd etmişdi.

Xatırladaq ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Teqlər: