İtkin düşən Salyan sakininin Kürün sahilində meyiti tapıldı

İtkin düşən Salyan sakininin Kürün sahilində meyiti tapıldı

Kür çayının Neftçala rayonu Ərəbqardaşbəyli kəndindən keçən hissəsində çayın sahilində naməlum kişi meyiti tapılıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı naməlum kişi meyitinin – 1957-ci il təvəllüdlü Salyan şəhər sakini Hüseyn İsrafil oğlu Süleymanov olduğu müəyyən edilib.

Bildirilib ki, H.Süleymanov 02.03.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşdüyü üçün, barəsində Salyan RPŞ-də 13.03.2024-cü il tarixdə axtarış işi açılıb.

H.Süleymanovun uzun müddət vərəm xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

Teqlər: