İtkin düşən əsgərimizin saxlanıldığı iddia edilən yer – Foto

İtkin düşən əsgərimizin saxlanıldığı iddia edilən yer – Foto

Xəbər verdiyimiz kimi, erməni mediası ötən gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində Ordumuzun itkin düşən əsgəri Ceyhun Hüseynovun Ermənistanın Dərələyəz mahalının Areni kəndində saxlanıldığı haqda iddia yayıb.

AzerTimes xəbər verir ki, ermənilərin hazırda “Areni” adlandırdığı kənd Naxçıvanla düz sərhəddə – 1,5 km-likdə yerləşən tarixi Azərbaycan kəndi Arpadır. Keşişkənd rayonun ərazisində, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır.

Ermənistan Arpa kəndinin adını Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il fərmanı ilə dəyişdirilib, Areni qoyulmuşdur.

Qeyd edək ki, əsgərimizin saxlanıldığı barədə Ermənistan MN rəsmi açıqlama verməyib.

Teqlər: