İtkin düşən Daşkəsən sakinlərinin meyiti Kəlbəcər istiqamətində minalanmış ərazidə tapıldı

Xəbər - Samir Əli – Trend:

Cari ilin iyul ayında itkin düşən Daşkəsən rayon sakinlərinin meyitləri tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AzerTimes-a məlumat verib.

Məlumata əsasən, Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.


Qeyd edilir ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.

Twitter: @GuleliyevSamir

Teqlər: