İtkin düşən balıqçıları İran hərbçiləri tutub? – Video

İtkin düşən balıqçıları İran hərbçiləri tutub? – Video

Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.

AzerTimes xəbər verir ki, itkin düşmüş Mahmud İbayevin qardaşı Rəşad İbayev hələlik yeni məlumat olmadığını bildirib.

O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır:

“Dənizin üstündə nə bir iz, nə ipucu tapa bilirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır”.

Ətraflı Baku TV-nin süjetində:

[embedded content]

Teqlər: