İti su kanalına atan şəxs cəzalandırıldı

Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar İ.Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub.

Teqlər: