İtalya qadın voleybolçuları komandası üçüncü dəfə Avropa çempionu oldu.
AzerTimes-ın məlumatına görə, komanda Avropa çempionatının final oyununda serbiyalıları məğlub etdi. Oyun Belqradda baş tutub.
Görüş 3-1 (24:26, 25:22, 25:19, 25:11) hesabı ilə başa çatıb.
Daha əvvəl üçüncü yer uğrunda Türkiyə millisi Hollandiyanı məğlub edib (3-1).
İtalyanlar əvvəllər 2007 və 2009-cu illərdə bu titulu qazanıblar, son qitə birinciliyində isə üçüncü yeri tutdular.
Cari çempionatı dörd ölkədə – Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada, ümumilikdə isə iki ildən bir keçirilir.