Rusiya qazının İtaliyaya tədarükü 7 milyard kubmetrə qədər azalıb.
AzerTimes xəbər verir ki, bunu İtaliyanın “Eni” neft-qaz şirkətinin baş direktoru Klaudio Deskalçi deyib.
“Rusiya bu il hələ də Avropaya 7-9% qaz tədarük edir. Lakin əvvəllər tədarük edilən qazın miqdarı 150-180 milyard kubmetr idi. İndi Avropanın şimalına tədarük yoxdur. Ancaq Rusiya bizə ildə 7 milyard kubmetr qaz verir”, – o bildirib.