İtaliyanın şimalında tikintidə kran aşıb, ölən və yaralılar var

İtaliyanın şimalındakı Piemont bölgəsinin Turin şəhərində tikinti kranının binanın üzərinə aşması nəticəsində azı 3 nəfər həlak olub.

Trend xəbər verir ki bu barədə yerli “La Reppublica” qəzeti məlumat yayıb.

Bildirilir ki, iki nəfəör hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib. Bundan əlavə, yoldan keçən 3 nəfər də xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb kranın alt hissəsindəki konstruksiyanın dağılması olub. Kran yeddi mərtəbəli binanın üzərinə aşıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, xilasetmə işləri davam etdirilir.

Teqlər: