İtaliyanın cənubunda şiddətli yanğınlar qeydə alınıb.
Hazırda yanğınlar 4 vilayətdə, eləcə də Sicilia və Sardiniya adalarında davam edir.
Son sutka ərzində yanğınlar nəticəsində 2 nəfərin həlak olduğu barədə məlumat verilib.
Ümumilikdə yanğın 26 min hektardan çox ərazini əhatə edir. Yanğınların qarşısının alınması üçün 1000-ə yaxın yanğınsöndürən, helikopterlər və təyyarələr cəlb edilib.
Bundan başqa Neapol şəhərinin yaxınlığında Vezuvi vulkanının ətəklərində də yanğın qeydə alınıb.
Vulkan püskürməsi təhlükəsi ilə əlaqədar turistlər kurort bölgələrindən təxliyyə edilib.
Bölgəyə hərbçilər yeridilib.