İtaliya hakimiyyəti cənub bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimini tətbiq edib.
Trend “TASS”a istinadən xəbər verir ki,
Avqust ayında ölkədə yüksək temperaturlar meşə yanğınları ilə bağlı vəziyyətin pisləşməsinə gətirib. Ən azı 5 nəfər hadisələrin qurbanı olub. Ay ərzində 103 hektara yaxın ərazinin yanğın nəticəsində məhv edildiyi bildirilir.