İtaliyanın baş naziri koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın baş naziri Mario Dragi koronavirusa yoluxub.

Trend-in
məlumatına görə, bunu İtaliya hökumətinin mətbuat xidməti
bildirib.

Qeyd olunur ki, baş nazirin xəstəliyi simptomsuz keçirir və
hazırda özünütəcrid rejimində işini davam etdirir.

Eyni zamanda, məlumat verilir ki, M.Darginin aprelin 20-si və
21-də Anqola və Konqoya planlaşdırılan səfərlərində onu ölkənin
xarici işlər naziri Luici di Mayo və ekoloji modernləşdirmə və
transformasiya naziri Roberto Çinqolani təmsil edəcək.