İtaliyadan səfirliyimizin əməkdaşının öldürülməsinə reaksiya

İtaliyadan səfirliyimizin əməkdaşının öldürülməsinə reaksiya

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.

AzerTimes xəbər verir ki, nazirliyin Tvitter hesabında bununla bağlı bildirilib:

“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.

Teqlər: