Qida təhlükəsizliyi problemi həll edilmədiyi təqdirdə on minlərlə afrikalı miqrant Avropada qala bilər.
AzerTimes xəbər verir ki, bu sözləri İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib.
“Ərzaq böhranı ilə bağlı Afrikadan Avropaya daha on minlərlə miqrant axın edəcək. BMT-nin rəhbərlik etdiyi kollektiv fəaliyyətə ehtiyacımız var”, – Di Mayo bildirib.
Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi Avropa ölkələri üçün problem deyil. Onun fikrincə, taxıl problemi Afrikada yeni çevrilişlərə, terror təşkilatlarının yayılmasına və miqrasiyaya səbəb ola bilər.