Ukraynanın NATO-ya üzvlük məsələsi yalnız ölkə ərazisində silahlı münaqişə başa çatdıqdan sonra həll olunacaq.
AzerTimes xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.
“Biz NATO-Ukrayna Daimi Şurasına doğru irəliləyirik. Bu, Kiyevi beynəlxalq qərarlara cəlb etdiyi üçün mühüm addımdır. Şimali Atlantika Alyansının bu ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində Ukraynanın bloka qoşulma yolu müəyyənləşəcək”, – Tayani bildirib.