İtaliyada zəlzələ: əhali təşvişdə…

İtaliyada zəlzələ: əhali təşvişdə…

İtaliyanın Roviqo əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Episentri Ceneselli bələdiyyəsinin ərazisi olan zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ əhali arasında təşvişə səbəb olub, yüzlərlə insan küçələrə axışıb.

Yeraltı təkan Emiliya-Romaniya regionunun Veneto, Bolonya və Modena şəhərində də hiss olunub. Zəlzələdən sonra bir neçə ardıcıl afterşok qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Teqlər: