Donuzlarda Afrika taunu xəstəliyi ilə əlaqədar İtaliyanın bir neçə bölgəsində ov etmək qadağan edilib.
Trend xəbər verir ki, qadağa ölkənin iki şimal bölgəsinə şamil edilir. Ölkənin şimal-qərbində yerləşən Piemont şəhərində donuzların Afrika taunu ilə yoluxmuş çöl donuzu tapılıb.
İtaliya Milli Kənd Təsərrüfatı Konfederasiyasının məlumatına görə, ölkədə donuzların sayı təxminən 8,9 milyon başdır.