İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa 2 949 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4,21 milyona çatıb.
Məlumata əsasən, son sutka koronavirusdan 44 nəfər ölüb, ölənlərin ümumi sayı 126 046 nəfər təşkil edir. Hazırda 6 519 nəfər koronavirusdan xəstəxanalarda müalicə alır, 1 059 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.