İtaliyada son sutkada 23 832 nəfər koronavirusa yoluxub

İtaliyada son sutkada koronavirusun törətdiyi fəsadlardan 401 nəfərin ölümü qeydə alınıb.

AzerTimes-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə nazirliyindən məlumat verilib.

Bildirilir ki, sutka ərzində 23 832 nəfərdə koronavirus aşkarlanıb.

Ümumilikdə İtaliyada “COVİD-19” pandemiyası başlayandan bu virusla bağlı ölümlərin sayı 104 642-yə, yoluxmaların sayı 3,35 milyona, vəziyyəti ağır olaraq reanimasiya yerləşdirilən xəstələrin sayı isə 3 387-yə yüksəlib.

Teqlər: