İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa 17 567 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3,75 milyona çatıb.


Məlumata əsasən, son sutka koronavirusdan 344 nəfər ölüb, ölənlərin ümumi sayı 113 923 nəfər təşkil edir. Hazırda 27 654 nəfər koronavirusdan xəstəxanalarda müalicə alır, onlardan 3 588-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Teqlər: