İtaliyanın Ankona şəhəri yaxınlığındakı yaşayış məntəqələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Ankona şəhərinin rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, ikisi uşaq olmaqla dörd nəfər itkin düşüb.
Təbii fəlakət nəticəsində azı 50 nəfər xəsarət alıb, yüzlərlə insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bölgəyə səfər edən İtaliyanın Baş naziri Mario Draqi təbii fəlakətdə ölənlərin ailələrinə başsağlığı verib. M.Draqi Nazirlər Şurasının bölgədə fəsadların aradan qaldırılması üçün ilkin olaraq 5 milyon avro ayırdığını bildirib.
Bundan başqa, daşqın səbəbindən Marke əyalətində fövqəladə vəziyyət elan edilib.