İtaliyada “omikron” ştammına ilk yoluxma qeydə alınıb

İtaliyada koronavirusun yeni “omikron” ştamına ilk yoluxma halı aşkar edilib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, ştamm koronavirus testi müsbət çıxmış Cənubi Kampaniya bölgəsinin sakinində aşkarlanıb.

Bildirilir ki, o yaxınlarda Mozambikdən qayıdıb. Hazırda onu 5 ailə üzvü karantinə alınıb. Onların səhhəti normaldır.


Bundan əvvəl İtaliyanın səhiyyə naziri Roberto Speranza koronavirusun yeni təhlükəli ştamının yayıldığı bildirilən Afrikanın yeddi ölkəsində son 14 gün ərzində qalan insanların ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Teqlər: