Xəbər - Orxan Nəbiyev – Trend:
İtaliyada dəmiryolu və şəhərdaxili nəqliyyat işçiləri ölkə ərazisində tətil elan edib.
AzerTimes-ın məlumatına görə, nəqliyyat sektorunun işçiləri koronavirusa qarşı peyvənd olunmalarını tələb edir.
Həmkarlar təşkilatının bəyanatında qeyd olunur ki, peyvəndləmə üçün prioritet sahələr seçilərkən ictimai nəqliyyat sektoru haqsız olaraq bu siyahıya salınmayıb.
Bununla əlaqədar olaraq iri şəhərlərdə avtobus, tramvay, metro və şəhərətrafı elektrik qatarları axşam saatlarında 4 saat müddətində işini dayandıracaq.
Dəmiryolu nəqliyyatında tətil 8 saat davam edəcək.