İtaliyada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma faktı aşkarlanıb

İtaliyada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma faktı aşkar
edilib.

AzerTimes-in
məlumatına görə, bu barədə ölkənin İnfeksion Xəstəliklər Milli
İnstitutu bildirib.

Qeyd olunur ki, virus bir müddət əvvəl Kanar adalarından
səfərdən qayıtmış şəxsdə aşkarlanıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. Bundan başqa, daha
iki nəfərdə “meymun çiçəyi”nə yoluxma şübhəsi araşdırılır.

Qeyd edək ki, son həftələrdə “meymun çiçəyi” virusu Avropanın
bir neçə ölkəsində qeydə alınıb. İspaniya və Portuqaliyada
ümumilikdə 40-dan çox şəxs bu virusa yoluxub. Bundan başqa,
yoluxmalar Böyük Britaniya və ABŞ-da da müəyyən edilib.

“Meymun çiçəyi” qızdırma və səpkilərlə müşayiət olunan nadir
infeksion xəstəlikdir.