Xəbər - Orxan Nəbiyev – Trend:
İtaliyanın cənubunda meşə yanğınları nəticəsində beş nəfər həlak olub.
Trend-in məlumatına görə, yanğınlar əsasən Siciliya və Kalabriya vilayətlərindədir.
Kalabriya vilayətinin rəhbərliyi bölgədə fövqəladə vəziyyətin elan olunması üçün paytaxt Romaya müraciət edib.
Yanğınlar nəticəsində minlərlə hektar meşənin məhv olduğu deyilir.