İtaliyada matəm elan edildi, bayraqlar endiriləcək

İtaliyada matəm elan edildi, bayraqlar endiriləcək

İtaliyanın paytaxtı Romada noyabrın 5-i matəm günü elan olunub.

AzerTimes xəbər verir ki, bunu Roma şəhərinin meri Roberto Qualtieri deyib.

O bildirib ki, paytaxtın İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində bir işçinin dağıntılar altında qalaraq həlak olması ilə bağlı 5 noyabr tarixinin matəm günü elan edilməsinə qərar verilib. Paytaxtdakı bütün bələdiyyə binalarında bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, noyabrın 3-də IX əsrin əvvəllərində inşa edilən “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində 66 yaşlı rumıniyalı işçi dağıntılar altında qalaraq həlak olub.

Teqlər: