İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat: 100-ə yaxın həbs olunan var

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın cənubundakı Bari şəhərində mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.

AzerTimes-ın məlumatına görə, əməliyyat nəticəsində 99 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində mafioz fəaliyyət, narkotik ticarəti, qanunsuz silah saxlama, hədə-qorxu və digər ittihamlar irəli sürülüb.


Ümumilikdə istintaqa Strişulyo klanına mənsub olan 147 nəfər cəlb olunub. Saxlanılanlardan 96 nəfəri həbs olunub, 3 nəfəri ev həbsinə yerləşdirilib.