İtaliya polisi ölkənin cənubunda “Kamorra” mafiyasının üzvlərinə
qarşı xüsusi əməliyyat keçirib.
Trend-in
məlumatına görə, əməliyyat zamanı 59 nəfər saxlanılıb.
Saxlananlardan 36 nəfəri həbs edilib, 16 nəfər barəsində ev
həbsi qərarı verilib. Daha 7 nəfərə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq qadağan edilib.
Əməliyyat çərçivəsində ümumilikdə 150 milyon məbləğində əmlak
müsadirə olunub.