Xəbər - Orxan Nəbiyev – Trend:
İtaliyanın Siciliya vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində mafiya ilə əlaqələrdə şübəhli bilinən 85 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, saxlanılan şəxslər narkotik və silah alverində, şantaj və rüşvətdə şübhəli bilinib.
Saxlanılanlardan 63 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 18 nəfər ev həbsinə yerləşdirilib.
Qeyd olunur ki, bu məsələ ilə bağlı araşdırma 2017-ci ilin noyabrından aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Siciliyada mafiya ilə əlaqəli 5 cinayətkar dəstə fəaliyyət göstərir.
Əməliyyat zamanı həmin dəstələrin üzvləri saxlanılıb.