İtaliyada küçədə tibbi maska taxılması məcburi olub.
Trend xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.
Vətəndaşlar ictimai nəqliyyatda, kinoteatrda, teatrlarda və stadionlarda FFP2 respiratorlarından istifadə etməlidirlər: “Sadalanan məkanlarda qida qəbul etmək qadağandır”.
Nazir həmçinin bildirib ki, “Green Pass” elektron sertifikatının etibarlılıq müddəti doqquz aydan altı aya endiriləcək.
“Biz həmçinin koronavirusa qarşı peryvəndin dördüncü dozasının qəbul etmə müddətini qısaldaraq, dörd aya endiririk”, – deyı nazir bildirib.