İtaliyada indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 13
milyonu keçib.
Trend xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına
görə, son 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayı 35
min 57 nəfər artaraq ümumilikdə 13 milyon 26 min 112-yə yüksəlib.
COVID-19-un qurbanlarının sayı isə 105 nəfər artaraq 155 min 877-yə
çatıb.
Hazırda ölkədə 1 milyon 16 min 341 aktiv koronavirus xəstəsi
var. Reanimasiya şöbəsində olan xəstələrin sayı 603 nəfərdir.
Pandemiya dövründə İtaliyada 11 milyon 853 min 884 nəfər
virusdan sağalıb.