Ötən gün İtaliyanın şimalında Verbano rayonunda dağ kanat xəttində baş vermiş qəzada ölənlərin sayı artıb.
AzerTimes-ın məlumatına görə, Alplarda Milli Xilasetmə Xidmətindən bildiriblər ki, qəza nəticəsində xəsarət alan uşaqlardan biri xəstəxanada dünyasını dəyişib.
Bununla da, qəzada ölənlərin ümumi sayı 14 nəfərə çatıb.
Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.