İtaliyanın bəzi regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.
AzerTimes xəbər verir ki, İtaliyanın Mülki Müdafiə Agentliyi əlverişsiz hava şəraiti səbəbindən Emiliya-Romaniya, Abruzzo, Bazilikata, Kalabriya, Kampaniya, Molise, Sardiniya və Siciliya bölgələri üçün sarı xəbərdarlıq elan edib.
Əhaliyə güclü külək və qar yağması nəticəsində yarana biləcək təhlükəli hava hadisələrinə hazırlıqlı olmaq barədə xəbərdarlıq olunub.
Bəzi bölgələrdə güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb.