İtaliyanın mərkəzi hissəsində 5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 120 min nəfər əhalisi olan Umbria regionunun paytaxtı Peruca şəhərindən 20 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı isə 2 kilometr dərinlikdə əmələ gəlib.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.