İtaliyada funikulyorun kabini düşdü, 12 nəfər ölü

İtaliyanın şimalında yerləşən Pyemont bölgəsində funikulyordakı qəza nəticəsində 12 nəfər ölüb və ikisi uşaq olmaqla beş nəfər ağır yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, qəzaya səbəb kabinlərin birləşdiyi kanatın qıırılması olub.

Vəziyyəti ağır olan uşaqlar Turin şəhərindəki xəstəxanaya aparılıb. Hadisə səhər saatlarında Madjore gölünü yaxındakı yüksəkliklə birləşdirən marşrutda baş verib. Turistlərlə dolu kabin 1,5 kilometr məsafədən meşə zolağına düşüb.


İndsidentlə bağlı istintaq aparılır.