İtaliyanın Kalabriya bölgəsi və Sisiliya adasının hakimiyyəti gözlənilən qasırğa səbəbindən bir neçə vilayətdə təhsil müəssisələrini, parkları, qəbiristanlıqları və vaksinasiya mərkəzlərini bağlamağı qərar verib.
AzerTimes-ın məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin saytında bildirilib.
Məlumata əsasən, bazar və bazar ertəsi Sisiliyanın şərqində və Kalabriyanın bir sıra ərazilərində qırmızı hava təhlükəsi elan edilib.
La Stampa qəzetinin verdiyi məlumata əsasən, Sisiliyada güclü külək ağacları yıxıb. Skordiya yaşayış məntəqəsində (Kataniya vilayətu) su axınları bir neçə avtomobili aparıb. Avtomobil yollarında, xüsusən Palermodan Kataniyaya gedən yolda nəqliyyatın hərəkətində çətinliklər qeydə alınıb.