İtaliyada dəhşətli fırtına: xəstəxananın damı uçdu

İtaliyada dəhşətli fırtına: xəstəxananın damı uçdu

İtaliyanın şimal regionlarında baş verən şiddətli fırtına fəsadlar törədib.

AzerTimes xəbər verir ki, Lombardiya və Emiliya-Romaniya bölgələrində təsirli olan fırtına can və mal itkisinə səbəb olub. Təbii fəlakət nəticəsində Emiliya-Romaniya regionunda bir nəfər uçan divarın altında qalaraq həlak olub. Güclü külək Fiorenzuolada xəstəxananın dam örtüyünü uçurub, xəstələr təxliyə edilib.

Cremona şəhərində ağacların aşması səbəbindən bir çox yollar bağlanıb, bəzi ağaclar isə yoldakı nəqliyyat vasitələrinin üzərinə düşüb.

Fırtınanın nəticəsində dəyən ziyanın qiymətləndirilməsi davam edir.

Teqlər: