İtaliyada Azərbaycan mədəniyyət mərkəzinin açılması
planlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında
mədəniyyət sahsində də yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Nazir bildirib ki, Heydər Əliyev Fondu tərəfindən bu sahədə
aparılan işlər xüsusi qeyd edilməlidir.
“İtaliya şirkətlərinin mədəni abidələrin bərpası sahəsində böyük
təcrübəsi var və bu istiqamətdə əməkdaşlıq müzakirə edilib”,-
C.Bayramov qeyd edib.