İtaliyada ayda bir avroya kirayə mənzil təklif edilir

İtaliyanın Sardiniya adasındakı Ollolai şəhərində daşınmaz əmlakı rekord qiymətə – ayda 1 avroya icarəyə verməyə başlayıblar.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, son bir neçə onillikdə şəhərin əhalisi xeyli azalıb və bununla da onlar ora yeni sakinləri cəlb etmək istəyirlər.

Ollolai Sardiniya sahillərində yerləşən kiçik bir qəsəbədir. Yerli administrasiya əhalinin azalması problemini fəal şəkildə həll etməyə çalışır və tədbirlərdən biri də kommersiya və yaşayış obyektlərinin güzəştli tariflərlə icarəyə verilməsidir. İlkin olaraq potensial kirayəçilərə 30-a yaxın ev və 20 ticarət obyekti təklif olunacaq.


Əsas tələb Ollolai bələdiyyəsinə köçmək istəyinizi təsdiqləmək və yaşayış planına sahib olmaqdır (xüsusi müsahibə zamanı açıqlanmalı olacaq). Aksiyada həm İtaliya, həm də xarici vətəndaşlar iştirak edə bilərlər.

1 Avro icarə haqqı beş il müddətinə tutulacaq, bundan sonra qiymət, bazar səviyyəsinə yüksələcək (ayda təxminən 250 Avro).

Teqlər: