Xəbər - Orxan Nəbiyev – Trend:
İtaliyanın Siciliya adasında Etna vulkanı püskürüb.
AzerTimes-ın məlumatına görə, son sutka ərzində vulkanın 3 dəfə püskürməsi qeydə alınıb.
Püskürmə nəticəsində geniş məsafəyə lava və kül sovrulub.
Təbiət hadisəsi ilə bağlı hər hansı itki və ya fəsad qeydə alınmasa da, Siciliya adasında uçuşlarda ləngimələrin ola biləcəyi deyilib.
Qeyd edək ki, Etna vulkanı Avropanın ən hündür fəal vulkanı hesab olunur.