Adriatik dənizində 5,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri İtaliyanın Peskiçi kommunasından 55 km şimalda yerləşib. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib.