İtaliyanın Dərman Məhsulları üzrə Agentliyi (AİFA) ölkədə 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verib.
AzerTimes-ın məlumatına görə, bununla bağlı qərar ötən gün keçirilən iclasda qəbul edilib.
Məlumata əsasən, 5-11 yaşlı uşaqlara 3 həftə ara ilə iki doza “Pfizer-Biontech” peyvəndi vurulacaq. Bildirilir ki, uşaqlar üçün olan doza normal dozanın üçdə birini təşkil edəcək.
Qeyd edilir ki, uşaqların vaksinasiyası təxminən dekabrın 20-dən sonra başlayacaq.