İtaliyanın Umbriya bölgəsində İkinci Dünya Müharibəsindən qalma 243 kq ağırlığında bomba partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Aviabombanın tapılması səbəbindən 2 mindən çox insan təxliyə edilib.
Bundan əlavə, İtaliyanın əsas avtomobil yollarından birinin bəzi hissələrində, eləcə də Roma və Florensiya arasında qatarların hərəkəti dayandırılıb.