İtaliyanın Maliyyə Qvardiyasının (İqtisadiyyat Nazirliyinin güc bölməsi) əməkdaşları AB-nin sanksiya siyahısına daxil edilmiş 14 rusiyalıya qarşı tədbirlər görüb və 1,7 milyard avro dəyərində müxtəlif əmlakı müsadirə edib.
AzerTimes xəbər verir ki, bu barədə “II Sole 24 Ore” iqtisadiyyat qəzeti məlumat yayıb.
“Söhbət daşınmaz əmlak, nəqliyyat vasitələri, yaxtalar, təyyarələr və şirkət aktivlərindən gedir”, – nəşr qeyd edib.