İtaliya Ukraynaya HHM-lər verə bilər

İtaliya Ukraynaya HHM-lər verə bilər

Ukrayna Prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Corciya Meloni arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Zelenski Tvitter səhifəsində məlumat yayıb.

Söhbət zamanı Zelenski Ukraynaya göstərdiyi həmrəyliyə və hərtərəfli dəstəyə görə İtaliya hökumətinin başçısına minnətdarlığını bildirdi.

O, həmçinin dekabrın 13-də Parisdə Ukraynaya dəstək mövzusunda keçirilən konfransda ölkənin xarici işlər naziri Antonio Tajani tərəfindən elan edilən İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışlayıb.

“Xanım Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi məsələsinə baxıldığını söylədi. Biz “sülh formulu”nu müzakirə etdik”, – Zelenski əlavə edib.

Teqlər: