İtaliya Ukraynanın enerji sektoruna sərmayə yatırır

İtaliya Ukraynanın enerji sektoruna sərmayə yatırır

İtaliya və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın enerji sektoruna sərmayə yatıracaqlar.

AzerTimes xəbər verir ki, bununla bağlı hər üç tərəfin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransında müqavilə imzalanıb.

İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, “Cassa Depositi e Prestiti” maliyyə institutu tərəfindən idarə olunan xüsusi fondun resursları hesabına 100 milyon avro məbləğində subsidiyalaşdırılmış kreditin şərtləri müəyyənləşdirilir.

“Bu vəsaitlə İtaliya Ukraynanın əsas hidroenergetika şirkəti olan “Ukrhidroenerqo”ya dəstək verəcək. İtaliya krediti ümumi dəyəri 200 milyon avro olan proqramın ayrılmaz hissəsinə çevriləcək, bunun 100 milyon avrosu Ukrayna dövlət şirkətinin xeyrinə birbaşa AYİB tərəfindən veriləcək”, – bəyanatda deyilib.

Teqlər: