İtaliya Ukrayna üçün dəhliz yaratmağı planlaşdırır

İtaliya Ukrayna üçün dəhliz yaratmağı planlaşdırır

İtaliya aprelin sonunda Romada keçiriləcək Ukraynanın yenidən qurulması üzrə konfransda ölkənin şimal-şərqində Kiyev iqtisadiyyatı üçün giriş və çıxış terminallarının yaradılması layihəsini təqdim etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Urso deyib.

O qeyd edib ki, İtaliya hökuməti 5 saylı Beynəlxalq Nəqliyyat Dəhlizinin (Venesiya – Triyest/Koper – Lyublyana – Maribor – Budapeşt – Ujqorod – Lvov – Kiyev) marşrutu üzrə intermodal nəqliyyat magistralını yaratmaq niyyətindədir. Bu, Ukraynanın ixracını, xüsusən də metallurgiya məhsullarını blokdan çıxarmağa imkan verəcək. Əslində, Qara dəniz hərbi əməliyyatlara görə (Ukrayna üçün-red.) bağlıdır. Bu halda Ukrayna ixracına yol açmaq üçün mövcud dəmir və avtomobil yollarından istifadə edərək Adriatik dənizinə malların çatdırılmasından başqa çarə qalmır”, – nazir bildirib.

Həmçinin o qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Ukraynanı quru yolu ilə Veronadakı “Quadrante Europa” intermodal limanı və daha sonra İtaliyanın şimal-şərqi dəniz limanları, xüsusən Triest və Venesiya ilə birləşdirəcək logistik platforma yaradılacaq.

Teqlər: