İtaliya, Türkiyə, Avstriya yığmaları DÇ-dən kənarda qaldılar

Bu gün futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə
pley-off mərhələsinin yarımfinal oyunları keçirilib.

AzerTimes-ın məlumatına görə, İtaliya yığması Şimali Makedoniya
yığmasına minimal hesabla məğlub olaraq DÇ-dən kənarda qalıb –
1:0.

Digər oyunda Portuqaliya yığması Türkiyə millisinə 3:1 hesabı
ilə qalib gələrək pley-off mərhələsinin finalına vəsiqə
qazanıb.

Uels yığması Avstriyanı 2:1 hesabı ilə mğlub edərək
avstriyalıları DÇ-dən kənarda qoyub.

Pley-off mərhələsinin finalında Portuqaliya Şimali Makedoniya
ilə, Uels isə Şotlandiya-Ukrayna cütünün qalibi ilə oynuyacaq.

Teqlər: