Xəbər - Orxan Nəbiyev – Trend:
İtaliya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Əfqanıstanın paytaxtı Kabil hava limanında atəşə məruz qalıb.
AzerTimes-ın məlumatına görə, Kabildən təxliyə prosesini həyata keçirən təyyarədə jurnalistlər və 98 əfqan mülki şəxsi olub.
Qeyd olunur ki, təyyarə avtomat silahlardan hava limanı ərazisindən kənarda atəşə tutulub. Atəşin hədəfinin hava limanında toplanan kütlənin olduğu deyilir.
Təyyarənin komandiri atəşə düşməmək üçün mavnevrlər etməli olub.
İnsidentdən sonra təyyarə Küveytə yola düşüb. Oradan yeni təyyarə ilə sərnişinlər İtaliyaya yola salınacaq.