İtaliya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, C.Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Səfir A.Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu ifadə edib.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğuladılar və bu xüsusda, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

C.Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: